Müxalifətçilərə tort atdılar

Leonid Volkov və Aleksei Navalny

-

Rusiyada müxalifət fəalları Aleksei Navalny və Leonid Volkov cümə günü Novosibirsk rayon Məhkəməsinin binası qarşısında hücuma məruz qalıb.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, Navalny məhkəməyə həmkarı Leonid Volkov-un işi üzrə ifadə verməyə gəlib.

Məhkəmə binasından çıxan müxalifətçilərə iki gənc hücum çəkib, onlara tort və südə bənzər ağ maye doldurulmuş prezervativlər atıb qaçıblar.

Navalny onların arxasında qaçsa da, çatmayıb. O, Facebook səhifəsində yazıb ki, «yaxşı ki, çatmadım. Yoxsa gələn ay məhkəmə zalında təqsirləndirilən qismində əyləşməli olardım».

Hücumu Kremlyönlü fəalların törətdiyi güman edilir. Daha öncə də onlar Navalny-nı yumurta atəşinə tutublar.