Məhkəmə LiderTV-ni müflis elan edib

LiderTV

LiderTV müflis elan edilib.

Bu barədə bu gün, iyunun 16-da Bakı Kommersiya Məhkəməsində qərar verilib.

Prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) iddiasına baxılıb. İddia "Lider TV və Radio-Azərbaycan" MMC-yə qarşı qaldırılıb.

Bununla da "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin olunması barədə iddia təmin olunub.

"Lider TV və Radio-Azərbaycan" MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində LiderTV (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.