Məzuniyyətə gedə bilməyən rusiyalılar

Arxiv fotosu

Məzuniyyətə pulu çatmayanlar təkcə maaşı az olanlar deyil

Rusiyalıların 30 faizinin hətta bir həftəlik məzuniyyətə getməyə belə pulları yoxdur. SuperJob.ru IT xidmətinin sifarişilə keçirilən sorğu belə bir mənzərəni ortaya qoyub.

Bu insanların əsasən 35-44 yaşlı olduğu bildirilir. O da qeyd olunur ki, məzuniyyətə pulu çatmayanlar təkcə maaşı az olanlar deyil. Aya 80 min rubldan çox qazanan hər 5 respondentdən biri də oxşar problemlə üzləşdiyini deyib.

Həmin sorğunun nəticələrinə görə, “ideal istirahət”in təşkilindən ötrü rusiyalılara adambaşına ortalama 135 min rubl lazımdır, həm də məzuniyyət Rusiyada deyil, xaricdə keçirilməlidir.