Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə görüşürlər

Tiqran Balayan

AzadlıqRadiosunun Erməni xidmətini Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayana istinadən verdiyi xəbərə görə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Almaniyanın Münhen şəhərində görüş keçirirlər.

Bu barədə məlumatı özünün Tvitter mikrobloqunda Tiqran Balayan yayıb.