Narkotikdə suçlananların 86 faizi işsizdir

Statistika Komitəsi, Bakı, 25 yanvar 2007

“Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə qeydə alınmış 26381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır”

Bunu Dövlət Statistika Komitəsi (DSK) bildirir.

Komitənin yaydığ açıqlamaya görə, narkotik cinayətlərinin 57,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə, saxlama, hazırlamadan gedir. “33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2 faizi tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi isə digər cinayətlərdir”,açıqlamada yazılıb.

Açıqlamaya görə, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib. Onların da 99 faizinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

“Cinayət törətmiş şəxslərin 86,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub”.

DSK bildirir ki, 2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı, qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.