Marsa missiya göndərildi

İllüstrasiya

ABŞ-ın Kosmik agentliyi Marsa təhqiqat missiyası göndərib.

Mayın 5-də səhər Kaliforniyadakı Vandenberq Hərbi Hava Bazasından səmaya qalxan raket Mars səthindən nümunələr götürmək üçün zond daşıyır.

Bu nümunələr Mars planetinin necə yaranmasını araşdırmaqda NASA alimlərinə kömək edəcək.

Raketin Marsa 6 aya çatacağı gözlənir.

Bundan sonra zond iki il ərzində Mars səthində təhqiqat missiyasını yerinə yetirəcək.

Zond Mars səthində seysmometr quraşdıracaq və planetdəki səthaltı təkanları qeydə alacaq.

Zond həm də Mars səthində 3-5 metr dərinlyində dəlik açacaq.

Marsa əvvəlki missiyaların heç biri bu qədər ətraflı araşdırma aparmayıb.

Milyarder Elon Musk-ın SpaceX şirkəti isə yaxın illərdə Marsa insan göndərməyi planlayır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Marsa adam daşıyacaq raket

Elon Musk deyib ki, bəşəriyyət mümkün üçüncü dünya müharibəsi təhlükəsindən xilas olmaq üçün Marsda koloniyalar yaratmalıdır.

Ətraflı burda oxu