NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyansın müdafiə nazirləri bu həftə toplaşaraq Rusiyanın raket sistemlərinin təhlükəsi məsələsini müzakirə edəcəklər.
Nazirlər Brüsseldə fevralın 12-də Soyuq Müharibə dövründən qalmış Ortamənzilli Raketlərə dair Müqavilənin (INF) etibarlıq müddətinin bitməsinin ardınca görüşəcək və iki gün müddətində danışıqlarda olacaqlar.
Bu müqavilə Rusiyaya və ABŞ-a qısa və ortamənzilli raketlərin istehsalını və yerləşdirilməsini qadağan edirdi.
Vaşinqton illərlə Moskvanı bu müqaviləni pozmaqda ittiham etdikdən sonra INF-ni tərk edib.
Buna da bax: ABŞ ‘Rusiyanı çəkindirmək’ üçün sualtı gəmidə taktiki nüvə silahı yerləşdirir
SSC-8 kimi tanınan 9M729
ABŞ rəsmiləri bildirirdilər ki, Rusiya yerdən atılan yeni ballistik raketi istehsal etmək və yerləşdirməklə müqavilənin şərtlərini pozub.
Moskvanın bu addıma simmetrik addım atması dünyanın aparıcı nüvə ölkələri arasında silahlanma yarışının qızışacağına dair ciddi narahatlıq yaradıb.
Stoltenberg fevralın 11-də keçirilən mətbuat konfransında deyib ki, "NATO müttəfiqləri Rusiyanın müqaviləni pozması ilə bağlı vahid mövqe tutublar”.
Baş katib bildirib ki, Rusiyanın SSC-8 kimi tanınan 9M729 raketi NATO-nun üzləşdiyi çətinliklərdən yalnlız biridir:
“Odur ki, biz Rusiyanın hazırda inkişaf etdirilən adi və nüvə olmaqla bütün raket sistemlərini müzakirə edəcəyik”.
Buna da bax: NATO sammiti alyansa sədaqət bəyannaməsi ilə başa çatdı
İraqdakı missiya
Stoltenberg bunu da deyib ki, nazirlər habelə NATO-nun İraqdakı missiyasının gələcəyini müzakirə edəcəklər.
Onun sözlərinə görə, bu missiyanın qayəsi İslam Dövləti ekstremist qruplaşmasının qayıdışına yol verməməkdir.
Stoltenberg əlavə edib ki, bu missiya bütünlükdə Yaxın Şərq regionunda sabitsizlik və təhlükəsizliyə xidmət edəcək.
NATO və ABŞ-ın başçılığı altında koalisiya İraqda hökumət qüvvələrinin İD-ə qarşı mübarizəsini möhkəmləndirmək üçün onlara təlim keçir.
Lakin ötən ay İranın yüksək rütbəli komandanlarından birinin ABŞ dronu ilə öldürülməsindən sonra hər iki missiya təhlükəsizlik mülahizələri ilə dayandırılıb.
Brüsseldə həm də NATO-nun Əfqanıstandakı təlim missiyasına töhfə verən ölkələrin nazirləri görüşəcəklər.