NATO ilə əməkdaşlıq çərçivəsində təlim keçirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ tankları Rusiyanın beş addımlığında

Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrdən birində təlim keçirilib.

Təlimlər Silahlı Qüvvələrin hazırlıq planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində təşkil olunub.

Bu haqda, bu gün, noyabrın 4-ü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi vədigər zəruri əməliyyat imkanlarının NATO tələblərinə uyarlılığı yoxlanılıb.

İştirakçılar Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqlar yerinə yetiriblər.Bundan başaq, atış məşqləri keçirilib.

Buna da bax: Gürcüstanda NATO-nun hərbi təlimləri [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Gürcüstanda NATO-nun hərbi təlimləri [Video]

Xatırlatma

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət bunu hökumətin Rusiyanı qıcıqlandırmaq istəməməsi və islahatlardan qaçması kimi yozur.