Moskvada mitinq təşkilatçıları buraxılıb

Moskvada etiraz mitinqi. 29.07.2018

Moskvada pensiya yaşının artırılmasına etiraz mitinqinin təşkilatçılarından üçü buraxılıb. Rusiya müxalifət lideri Aleksei Navalny-nin baş köməkçisi də onların içindədir.

Navalny-nin Rusiya Libertarian artiyasının sədri Sergei Boiko Twitter-də yazıb ki, ona qarşı “administrativ pozuntu protokolu” tərtib olunandan, avqustun 2-nə məhkəmə təyin olunandan sonra buraxılıb.

Boiko-nun yerləşdirdiyi fotoda tərəfdarları onu polis şöbəsindən çıxarkən alqışlayır.

Libertarian partiyası rəsmilərinin Interfax xəbər agentliyinə deməsinə görə, “yürüşün axşamüstü saxlanmış təşkilatçılarından hamısı buraxılıb”.

PUTİNƏ QARŞI ŞÜARA GÖRƏ SAXLANIB

Navalny-nin köməkçisi Oleg Stepanov Twitter-də yazıb ki, onu “Putin Vor” (Putin oğrudur) şüarı səsləndirdiyi üçün saxlayıblar.

“Təqaüdə çıxmaq yaşının qaldırılmasının arxasında prezident Vladimir Putinin durmasına şübhəmiz olmamalıdır”, – o əlavə edib.

Kremlin tənqidçisi, korrupsiyaya qarşı fəal Navalny da əvvəllər tez-tez saxlanıb. O, özünə qarşı məhkumluq olduğuna görə 18 mart prezident seçkisinə buraxılmayıb. Ancaq özü və tərəfdarları həmin məhkəmə qərarlarının onun seçkiyə buraxılmaması üçün uydurulduğunu deyir.

İyulun 28-də Moskvada etiraz yürüşünə, təşkilatçıların bildirməsinə görə, 100 min nəfər qatılıb. Müşahidəçilər isə bu sayın dəfələrlə az olduğunu deyiblər.

Etirazçılar “Putin, pensiyalardan əlini çək”, “Pensiya ilə yaşamaq, işdə ölmək istəmirik” şüarları səsləndiriblər.

Pensiya yaşının qaldırılması təklifi irəli sürüləndən Putinin ictimai reytinqinin düşdüyü bildirilir. O, ötən həftə deyib ki, məsələ üzrə “bütün fikirləri” dinləyəcək.

Change.org saytında bu islahata qarşı petisiyanı 2,8 milyondan çox adam imzalayıb.

***

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti iyulun 29-da “İnterfaks” agentliyi və “Dojd” televiziya kanalına istinadla xəbər verir.

“Libertarian” partiyasının rəhbəri Sergei Boyko və Aleksei Navalny-nın Moskva qərargahının koordinatoru Oleq Stepanov da saxlananlar arasındadır.

Mitinqin aparıcısı Mikhail Cickov da saxlanıb.

Bundan əvvəl Moskvanın “Sakharov” meydanında pensiya yaşının qaldırılmasına etiraz olaraq şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirildiyi bildirilirdi.

Rəsmi məlumata görə mitinqdə 2500-dək adam iştirak edib.

Bunu “İnterfaks”a Moskva baş polis idarəsinin mətbuat xidmətindən bildiriblər.

Amma “Ağ sayğac” ın məlumatına görə, mitinqdə 6 mindən çox adam iştirak edib.

“İnterfaks”ın məlumatına görə mitinqdə “Libertarian”,”Yabloko” və “Demokratik vıbor” partiyaları, ”Açıq Rusiya”, femin və anarxisthərəkatların nümayəndələri,habelə müxalifət fəalı Aleksei Navalny-nın tərəfdarlarıiştirak ediblər.

Moskvada etiraz mitinqi

Pensiya yaşının qaldırılmasına etiraz edən aksiyaçılar, hökumətin istefasını və hakimiyyətin dəyişməsini tələb ediblər.

Aksiyada həmkarlar ittifaqlarının nümayəndələri, fəallar və şəhər deputatları çıxış ediblər.

“Dojd” televiziya kanalının məlumatına görə, aksiyaçılar pensiya yaşının qaldırılması ilə yanaşı, əlavə dəyər vergisi, benzinin qiyməti və internetdən alınan mallara gömrük rüsumlarının qaldırılmasına da etiraz bildiriblər.