Elə Gəncədə də ilin əvvəlindən bircə ədəd də traktor və yük avtomobili buraxılmayıb
Altıncı aydır ki, Naxçıvan avtomobil zavodunda “NAZ-Lifan” minik avtomobili yığılmır. Dövlət Statistika Komitəsi (DSK) bu müəssisədə yeni avtomobilin konveyerdən çıxmasına dair son məlumatı ötən ilin oktyabrında verib.
Zavod direktorunun müavini Polad Sadıqov AzadlıqRadiosuna təzəliklə avtomobil yığılmasına başladıqlarını söyləsə də, Çindən neçə avtomobil üçün komplektləşdirici sifariş verildiyi barədə sualı cavablamaqda çətinlik çəkib və yazılı müraciət etməyi xahiş edib.
Ötən il Naxçıvanda 270 avtomobil yığılıb, istehsal 62,8 faiz azalıb. “NAZ-Lifan” avtomobillərinin 121 ədədi satılmamış qalıb. Əvvəlki illərdə bu avtomobillər, əsasən, Qarabağ savaşı əllillərinə verilib.
Gəncədə nə bir traktor, nə də yük avtomobili buraxılmayıb?
Gəncə avtomobil zavodunda ilin əvvəlindən bircəədəd də traktor və yük avtomobili buraxılmayıb. Qoşqu istehsalı isə hələ oktyabrdan dayandırılıb. DSK bu zavodda, hələlik, yalnız kommunal avtomobillərin yığıldığını bildirir.
Zavodun özündə isə AzadlıqRadiosunun sualına cavabda istehsal prosesinin dayanmadığında israr ediblər.