Naxçıvanda komitə sədri həbs edildi

Naxçıvan

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunub.

Səbail Rayon Məhkəməsindən "Turan"a bildiriblər ki, məmur barəsində istintaq orqanının vəsatəti əsasında həbs-qətimkan tədbiri seçilib.

H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "xüsusi külli miqdarda" vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunur.

Məsələ ilə bağlı H.Rüstəmovun və onun vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Bundan əvvəl, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev barələrində eyni ittihamlarla həbs-qətimkan tədbiri seçilib.