Naxçıvanda 3 hərbi qulluqçunun öldüyü deyilir

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunun Naxçıvan Muxtar Respublikası ərazisində yol qəzasında öldüyü, 11 hərbçinin yaralandığı bildirilir.

APA bu barədə xəbərdə Əlahiddə Ümumqoşun mətbuat xidmətinə istinad edir.

Məlumata görə, Günnüt kəndi istiqamətində növbətçilik aparan hərbi qulluqçuları daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb.

“Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib”, məlumatda vurğulanır.