Ermənistanda Azərbaycanın axtardığı ikinci hərbçisi də saxlandı

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan XİN: 'Əsirin döyülməsi beynəlxalq humanitar hüquqa ziddir'

"ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır".

Bu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin məlumatındandır.

"Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq", - məlumatda vurğulanır.

Azərbaycan itkin əsgərə görə cinayət işi açıb

Azərbaycanın rəsmi qurumlarının itkin əsgərlərindən birinə aid etdikləri videogörüntülərlə bağlı cinayət işi başlanıb. Bu barədə aprelin 13-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, bəzi media və sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçusunun Ermənistanda əsir düşməsi, ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsinə dair videogörüntülər yayılıb: "Yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb".

Hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

+++

Aprelin 13-də Ermənistan ərazisində itkin düşdüyü deyilən ikinci azərbaycanlı hərbçi də aşkarlanaraq saxlanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Azərbaycan aprelin 10-da Naxçıvanda iki hərbi qulluqçunun pis hava şəraiti səbəbindən itkin düşdüyünü açıqlayıb. Elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin saxlandığını bildirdi. İkinci hərbçi bir neçə sutka idi axtarılırdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni sakinlər kənddə tutulan azərbaycanlıdan danışdılar

+++

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda bu ölkənin iki hərbi qulluqçusunun itkin düşdüyü deyilir.

"Turan"ın xəbərinə görə, bu barədə mayın 10-da Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, hərbi qulluqçular əlverişsiz hava şəraitində yolu itiriblər. İtkin düşən şəxslərin axtarışı üzrə zəruri tədbirlərin görüldüyü vurğulanır.

Naxçıvan MR-nin Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Muxtar respublika şimalda və şərqdə Ermənistanla, qərbdə Türkiyə, cənubda isə İranla həmsərhəddir.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.