Nazir korrupsiya qalmaqalına görə istefa verdi

Tsetska Tsacheva, Bolqarıstanın ədliyyə naziri.

Bolqarıstanın ədliyyə naziri Tsetska Tsacheva korrupsiya qalmaqalına görə istefa verdi.

O, ucuz qiymətə elit mənzil almasına aydınlıq gətirmək üçün martın 23-ü səhər saatlarında baş nazirin yanına çağırılıb.

Bolqarıstanın “Buyvol” nəşri, AzadlıqRadiosunun bolqar xidməti və Antikorrupsiya fondu bu ilin martında “Arteks” şirkətinin, hakim “Gerb” partiyasının üzvləri olan 4 yüksək səlahiyyətli şəxsə ucuz qiymətə elit mənzil satması barədə araşdırmanın nəticələrini açıqlayıblar.

Hakim partiya bir il əvvəl qanunvericiliyə, şirkətin ölkə paytaxtı Sofiyada çoxmərtəbəli yaşayış binası tikməsinə imkan verən dəyişiklik qəbul edib.

Amma Tsetska Tsacheva deyir ki, onun vicdanı təmizdir və belə bir araşdırma aparılmasını onun özü xahiş edib.

Onun sözlərinə görə, aolmaması üçün könüllü istefa verib.

Müxalifət koalisiyasının seçkiqabağı siyahısının lideri Elena Yoncheva, bu işdə adları hallanan digər siyasətçilərin də istefa vermələrini tələb edir.

Onlar “Gerb” partiyasının sədr müavini Tsvetan Tsvetanov, seputat Bejdi Rashidov və idman nazirinin müavini Vanya Koleva-dır.

Baş nazir Boyko Borisov bildirib ki, partiya Tsvetanovun ABŞ-dan işçi səfərdən dönməsindən sonra məsələni müzakirə edəcək.

2019-cu ilin mayında Bolqarıstanda Avropa parlamentinə, payızda isə yerli seçkilər keçiriləcək.