Sosial Müdafiə Fondu nazirliyə birləşdirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

-

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Bununla bağlı prezident İlham Əliyev martın 18-də fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay ərzində struktur və fəaliyyətinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlayıb prezidentə təqdim edəcək.

Ölkə başçısı fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə uyğun tapşırıqlar verib.

Böhranla üzləşən Azərbaycan hökuməti xərcləri azaltmaq üçün bundan əvvəl 3 dövlət qutumunu da ləğv etmişdi.

Buna da bax: Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"

Sizin brauzer HTML5-i dəstəkləmir

Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"