Bakı Enerji Həftəsi başlayıb

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi. 1 iyun 2022

Bu gün, iyunun 1-də Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edir. O, açılış mərasimində çıxış edib.

Mərasimdə bir sıra təbriklər oxunub. ABŞ Prezidenti Co Baydenin təbrikində qeyd edilib ki, "Azərbaycanla ABŞ 30 illik əlaqələr zamanı güclü tərəfdaşa çevrilib".

İyunun 1-də Bakı ümumilikdə Enerji Həftəsinə ev sahibliyi edir. İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi öz adı altında üç böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.

Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkətin qatılacağı açıqlanıb.