Neftçalada yaşayış binasında güclü yanğın-VİDEO

Sizin brauzer HTML5-i dəstəkləmir

Neftçalada yaşayış binasında yanğın

Bu gün, fevralın 8-də axşam saatlarında Neftçala rayon mərkəzində 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın şəhərin mərkəzində, H.Əliyev prospektində yerləşən 40 mənzilli binanın dam örtüyündən başlayıb. Hadisənin elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi güman edilir.

Hazırda, Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib.

Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərildiyi bildirilir.

Yanğın söndürülüb

Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın saat 21:15 dəqiqədə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FİN) məlumat yayıb.