Bugün, iyulun 14-də Azərbaycan çempionu “Neftçi” Avrokuboklarda növbəti oyununu keçirib.
Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb.
Paytaxt təmsilçisi “Bakcell Arena”da Tbilisi “Dinamo”sunu qəbul edib. Gürcüstan təmsilçisi ilə görüş yenə Azərbaycan klubunun qələbəsi ilə başa çatıb.
Bir həftə öncə səfərdə bu rəqibə 2:1 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri bu dəfə də meydanı həmin hesabla qələbə ilə tərk edib.
Bununla da “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gələcək.
II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də, cavab görüşü isə 28-də baş tutacaq. “Neftçi” bu mərhələyə də səfərdə başlayacaq.