Kilsənin damı uçdu, 160 nəfər öldü

Nigeriya

Nigeriyada kilsənin damının uçması nəticəsində azı 160 nəfər ölüb.

Uyo şəhərindəki Reigners Bible kilsəsinin damı uçanda kilsədə xeyli adam varmış.

Hakimiyyət orqanları ölənlərin sayının artacağından narahatdır.

Kilsədə xilasetmə işləri davam etdirilir.

2014-cü ildə də Nigeriyanın Lagos şəhərində kilsə uçmuşdu. Həmin vaxt 116 nəfər ölmüşdü.