Ermənistanda erkən seçkilər keçiriləcək

Nikol Pashinian

Bir il ərzində Ermənistanda vaxtından əvvəl parlament seçkisi keçiriləcək.

Bunu AzadlıqRadiosunun erməni xidmətinə iylun 1-də Ermənistanın baş naziri Nikol Pashinian deyib.

O qeyd edib ki, konkret vaxt,siyasi vəziyyət və müəyyən texniki məsələlərdən aslı olacaq.

Qeyd edək ki, Nikol Pashinian uzun etiraz aksiyalarından sonra mayın 8-də Ermənistanın yeni baş naziri seçilib.

Bundan əvvəl iki müddət prezident olan Serzh Sarkisian həmin vaxt yeni konstitusiya dəyişikliyi ilə 3-cü dəfə baş nazir kimi hakimiyyətə gəlməyə cəhd eləsə də bu baş tutmadı.

Həmin etiraz aksiyalarını Pashinian təşkil etmişdi.

Foto arxiv

Buna da bax:"Pashinian Qarabağ danışıqlarını necə görür"

O, həmin etiraz aksiyaları zamanı seçki qanunvericiliyi də daxil olmaqla ölkədə ciddi islahatlar aparılacağını vəd edib.

Vaxtındanəvvəl seçkilər, onun əsas vədlərindən biridir.