İcra başçısı işdən çıxarıldı

Arif Qasımov, iclasda, Arxiv foto

Bakı şəhəri Nizami rayonunun icra hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. Bununla bağlı iyulun 11-də dövlət başçısı İlham Əliyev sərəncam imzalyıb.

Bakı şəhəri Nizami rayonunun icra hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. Bununla bağlı iyulun 11-də dövlət başçısı İlham Əliyev sərəncam imzalyıb.

Rayona yeni icra başçısı təyin olunması barədə sərəncam yoxdur.

Arif Qasımov 22 sentyabr 2015-ci ildə Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. O, 2011-ci ildən 2015-ci ilə qədər Siyazən rayonun icra başçısı olub.