Martın 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək.
Festivalı Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Turizm Təbliğat Bürosu təşkil edir.
Buna da bax: Şoppinq-festival keçiriləcək
Bürodan AzadlıqRadiosu-na verilən xəbərə görə, Novruz Festivalında 7 gün ölkənin müxtəlif bölgələrindən 40-dan çox incəsənət kollektivinin və tanınmış müğənnilərin iştirakıyla Sabir bağında konsert proqramı düzənlənəcək. Burada müxtəlif sahələri təmsil edən sənətkarlar əl işlərini nümayiş etdirəcək, milli mətbəx nümunələrini dadmaq imkanı yaradılacaq. Meydanda pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.
Festival proqramında atlı yürüş təşkil olunacaq. Bu yürüşdə cins Qarabağ atı da nümayiş olunacaq. Milli Turizm Təbliğat Bürosu şəhər sakinlərini və Bakının qonaqlarını xalq şənliklərinə qoşulmağa dəvət edir.
Buna da bax: Festivallarda alınan mallara görə ƏDV-nin qaytarılma qaydaları