Bu gün təxminən 3000 nəfərin ölümü ilə nəticələnən 11 sentyabrın hadisələrinin 15 ili tamam olur.
2001-ci il sentyabrın 11-də islamçı terrorçular koordinasiya olunmuş şəkildə Amerikada təyyarələr qaçıraraq onları mühüm binalara, o cümlədən Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarına çırpmışdılar.
Buna da bax: 11 sentyabrdan iki gün öncə
Təyyarələr Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərinə çırpılandan iki saat sonra çökmüşdü. İçərisindəki insanların çoxu dağıntılar altında ölmüşdü.
Terror aktını Əl-Qaidə törətmişdi. Əl-Qaidə-nin rəhbəri Osama bin Laden əvvəlcə bu terror aktı ilə bağlılıqları olmadığını desə də, 2004-cü ildə məsuliyyəti öz üzərinə götürmüşdü.
Üçüncü təyyarə Pentaqona çırpılmış, binanın bir hissəsi dağılmışdı. Terrorçular dördüncü təyyarəni də Vaşinqtona yönəltmişdi. Amma sərnişinlər onlarla əlbəyaxa olduqları üçün təyyarə qəzaya uğramışdı.
Terror aktını Əl-Qaidə törətmişdi. Əl-Qaidə-nin rəhbəri Osama bin Laden əvvəlcə bu terror aktı ilə bağlılıqları olmadığını desə də, 2004-cü ildə məsuliyyəti öz üzərinə götürmüşdü.
Buna da bax: ABŞ Konqresi “Səudiyyəni hiddətləndirən qanunu” qəbul etdi
Terror aktından sonra Amerika əl-Qaidənin və Talibanın olduğu Əfqanıstana hücum çəkmiş, onların hakimiyyətini devirmişdi.
Amerika xüsusi təyinatlıları Bin Laden 2011-ci ildə gizləndiyi Pakistanın Abbotabad şəhərində məhv etmişdi.