Neft ixrac edən ölkələrin OPEC təşkilatının üzvləri neft qiymətlərinin sabit saxlanması məqsədilə onun hasilatının günə yarım milyon barrel azaldılmasına dair məsələni nəzərdən keçirirlər.
Reuters agentliyi OPEC-dəki “üç mənbəyə” istinadən xəbər verir ki, bu, koronavirusun yayılması ilə bağlı neftə tələbatın azalması ilə əlaqədardır.
Neft ixrac edən ölkələrin və Rusiyanın OPEC+ kimi tanınan birliyinin üzvləri bu münasibətlə fevralın 14-15-də fövqəladə iclas keçirməyi planlaşdırırlar.
Onlar bundan əvvəlki razılaşmaya görə martda toplaşmalı idilər.
Neftin qiyməti 2020-ci ilin əvvəllərindən 10 dollar düşüb və hazırda bir barrelin qiyməti 56 dollar təşkil edir.
Bu, OPEC-in bir çox üzvlərinin büdcə kəsiri ilə üzləşməmək üçün müəyyən etdiyi həddən aşağıdır.
Analitiklər və treyderlər hesab edirlər ki, Çindən yayılmaqda olan koronovirusa görə 2020-ci ilin birinci rübündə neftə olan tələbat günə 250 min barrel azala bilər.
Hətta OPEC üzvü İran da fevralın 3-də virusun yayılması ilə bağlı neftə tələbatın azalmasından həyəcan təbili çalıb.
The Wall Street Journal qəzeti yazır ki, neft bazarındakı sabitliyin saxlanması üçün Səudiyyə Ərəbistanında hasilatın günə 1 milyon dollar azaldılması lazım gələ bilər.