Özbəkistanda cümə moizələrinə icazə verilir

Daşkənddə məscid

Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız ruhaniləri tam peyvənd olunmuş məscidlərin qapıları ictimaiyyətin üzünə açılacaq

Özbəkistan hakimiyyəti avqustun 13-dən ölkə məscidlərində cümə moizələrinə icazə verib. Məscidlərə COVID-19-a qarşı tam peyvəndlənmiş, yaxud mənfi test nəticəsi təqdim edənlər buraxılacaq.

Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız ruhaniləri tam peyvənd olunmuş məscidlərin qapıları ictimaiyyətin üzünə açılacaq. Cümə moizələrinə qatılmaq istəyənlər maska taxmalıdırlar.

Ölkədə koronavirusa yoluxmaların yeni dalğası başlayandan – iyulun 20-dən məscidlərdə moizələr təxirə salınıb.

Bu arada “Jurabek Laboratories” şirkətinin rəhbəri Farux Lutfullayev avqustun 12-də bildirib ki, gələn həftədən şirkət Rusiyanın hazırladığı “Sputnik-V” vaksininin kütləvi istehsalına başlayacaq.

Avqustun 12-də Özbəkistanda ümumi yoluxma sayı 140 mini keçib, ölü sayı 956 nəfər olub.