Özbəkistanda sosial şəbəkələrin işi məhdudlaşdırılıb. Bu barədə məlumat İnformasiyalaşdırma və Telekommunikasiya Sahələrində Dövlət Nəzarət Müfəttişliyinin saytında yer alıb. Müfəttişlik bunu sözügedən platformaların fərdi məlumatların işlənməsində pozuntulara yol verməsi ilə əsaslandırıb.
Məlumatda qeyd edilir ki, "müvafiq sosial şəbəkələr 2 iyul 2021-ci ildən bəri fərdi məlumat subyektlərinin hüquqlarını pozanların Reyestrinə daxil edilib və Özbəkistan Respublikası ərazisində internetdə müvafiq mənbələrdən istifadə məhdudlaşdırılır".
Qeyd olunur ki, müəyyən edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər qurulmuş prosedur davam edəcək.
Söhbət fərdi məlumatlar haqqında qanunun 27-1-ci maddəsindən gedir. Amma rəsmi açıqlamada hansı sosial şəbəkələrin məhdudlaşdırılacağına dair məlumat verilməyib.
Gazeta.uz xəbər verir ki, istifadəçilər Twitter, TikTok və VKontakte-nin işindəki fasilələri, həmçinin media sənədlərinin yavaş yükləndiyini və ya heç yükləmədiklərini bildirirlər.
Skype messenceri də işləmir. Qəzetin yazdığına görə, may ayında müfəttişlik VKontakte, Twitter və WeChat messenceri sosial şəbəkələrinin sahiblərinə qanunun 27-1-ci maddəsinə riayət etmələriilə bağlı xəbərdarlıq göndərib.
Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tik Tok istifadəçilərini sərkərdə Əmir Teymur (Tamerlan) və şair Əlişir Nəvaiyə aid tarixi abidələri təhqir etdiyinə görə tənqid edib.