Özbəkistan-2020: Bəy gəlini götürməyə yalnız 3 avtomobillə gedə bilər

Özbəkistan, Buxara, 27 avqust 2016

Özbəkistan parlamentinin iki palatası toy, yas və yubileylərin qeyd olunması ilə bağlı qaydaları təsdiqləyib. 2020-ci ilin yanvarından tətbiq olunacaq qaydalara görə, yas mərasimləri istisna olmaqla bütün ailə tədbirləri bir gün ərzində saat 6:00 - 23:00 arasında keçirilməlidir. Axşam saat 11-dən sonra tərbirlərin keçirilməsinə icazə verilmir. Yalnız yerli şərtlərdən asılı olaraq şəhər və kənd sovetləri bəzi istisnalarla bağlı qərar qəbul edə bilərlər.

Qaydalara görə, toya və yubileylərə dəvət edilən qonaqların sayı da 200 nəfəri keçməməlidir.

İki gün qabağ hüquq-mühafizə orqanlarına məlumat verilməlidir

Birgə keçirilən oğlan və qız toylarında dəvətli sayı 250-dən 300 nəfərə qədər ola bilər.

50 nəfərdən çox adamın iştirak edəcəyi tədbirlərə gəldikdə yeni qaydalar tələb edir ki, tədbiri keçirən şəxs əvvəlcədən kafe və restoranlarla müqavilə bağlamalıdır. Həmçinin 2 gündən gec olmayaraq planlaşdırılan tədbir barəsində daxili işlər orqanlarına yazılı şəkildə məlumat verməlidir.

Yeni qaydalarda toy şənlikləri zamanı dövlət qeydiyyatından tutmuş, gəlini evdən şadlıq sarayına gətirməyə qədər bütün proseslərdə 3-dən artıq avtomobildən istifadəyə icazə verilmir.

Restoran və musiqiçilərlə müqavilə də yaddam çıxmamalı

Toylara çağırılan musiqiçilərlə bağlı da məhdudiyyət var. Ailə tədbirlərinə İki müğənni və ya musiqi qrupunun dəvətinə edilməsinə icazə verilir. Bu zaman müsaiqiçilərlə toy sahibləri arasında müqavilə imzalanmalıdır.

Bundan başqa ailə tədbirlərində nəqliyyat xidmətləri (cənazələr istisna olmaqla) yalnız lisenziyalı daşıyıcılar tərəfindən təmin edilməlidir.

Yeni qaydalarda yas mərasimlərinə qatılan insan sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Sənəddə açıq şəkildə bildirilir ki, həddən artıq və israfçılığın təzahürü "qadağandır" və anım tədbirlərinə "lazımsız" mərasimlər daxil edilməməlidir.

Bu qaydaya əməl etməyənləri 3 min dollara qədər cərimə gözləyir. Toy və yas mərasimləri ilə bağlı oxşar qadağalar qonşu Tacikstan və Qırğızıstanın bəzi bölgələrində də tətbiq edilir.

Toy və yas mərasimlərindəki israfçılığa qarşı Azərbaycanda da bəzi qadağalar mövcuddur. Yas mərasimlərində bu qadağalara qismən əməl olunsa da toy və yubiley şənlikləri ilə bağlı vəziyyət fərqlidir.