Pakistanda yol qəzasında azı 20 nəfər ölüb

Arxiv fotosu

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.

Pakistan hakimiyyəti avtobusun yanacaq tankeri ilə toqquşaraq alışması nəticəsində azı 20 nəfərin həlak olduğunu açıqlayıb.

Hadisə avqustun 16-da sübh tezdən, mərkəzi Multan şəhəri yaxınlığında, paytaxt İslamabaddan 540 km cənubda baş verib.

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.

Pakistanda yol qəzaları tez-tez baş verir, əsas səbəblər sırasında yolların bərbadlığı, maşınların nasazlığı, sürücülərin səhlənkarlığı göstərilir.

2015-ci ildə cənub rayonunda sərnişin avtobusunun neft tankeriylə toqquşmasında azı 62 nəfər həlak olmuşdu.