‘Talibanın atası’ Maulana Sami Ul-Haq-ın öldürüldüyü deyilir

Sami ul-Haq

Pakistan mediasının yaydığı xəbərlərdə deyilir ki, hərəkatın bir sıra liderlərinə müəllim olduğuna görə “Talibanın atası” kimi tanınan məşhir ruhani xadim Maulana Sami ul-Haq ehtimalən bıçaqlanaraq öldürülüb.

Yerli Geo News telekanalı ruhaninin oğlu Hamid ul-Haq-a istinadən bildirib ki, o noyabrın 2-də öz evində naməlum şəxslərin hücumuna məruz qalıb.

Hamid ul-Haq kanala deyib: "Mənim atam İslamabadda keçirilən oturaq etiraza getməyə hazırlaşırdı. Amma yolların bağlı olduğuna gerə geri qayıdıb və yataq otağına keçib. Sonra onu burada qan gölməçəsinin içində tapıblar”.

Lakin Reuters agentliyi Sami ul-Haq-ın müavini Yousaf Shah-a və onun bir qohumuna istinadən yazıb ki, onu naməlum şəxslər güllələyib.

80 yaşlarında olan Sami ul-Haq Pakistanın Xeybər Paxtunxva vilayətində mədrəsəyə başçılıq edirdi.

Pakistan mediası xəbər verir ki, o iyulun 25-də keçirilmiş seçkidə qalib gəlmiş Təhrike - İnsaf partiyasına bağlı idi.

Bu da bildirilir ki, baş nazir İmran Khan-ın partiyası islahatlarla, habelə dini mədrəsələrlə bağlı bir sıra məsələlərdə ruhani ilə sıx əməkdaşlıq edirdi.