DİN pambıqçıların qəzası haqda məlumat yayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar

Daxili İşlər Nazirliyi (DİN)də Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudovun idarə etdiyi “İsuzu” markalı avtobus aşıb.

Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib.

Onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfərin müalicəsi davam edir.

Məlumatda vurğulanır ki, Baş İstintaq və Təhqiqat İdarəsi hazırda araşdırma aparır.