Roma papası Fransisk saxta, yalan xəbər yaymağın ən ağır günah olduğunu bildirib.
Katolik KİV-lərin nümayəndələri ilə görüşən Papa deyib ki, jurnalistlər demokratik cəmiyyətdə çox mühüm bir iş görürlər - insanlara cəmiyyətdə baş verənlər haqda doğru xəbər çatdırırlar.
Onun fikrincə, öz peşəsinə xəyanət edən, saxta xəbər yayan, hadisələri birtərəfli işıqlandıranlar böyük günaha batırlar.