Kuba hökuməti bəyan edib ki, Roma papası Francis-in ölkəyə gəlişi münasibətilə xoş məram jesti kimi 3500 məhbusu həbsxanalardan azad edəcək.
Kuba hökuməti bəyan edib ki, Roma papası Francis-in ölkəyə gəlişi münasibətilə xoş məram jesti kimi 3500 məhbusu həbsxanalardan azad edəcək.
Hökumət xəbər verir ki, azad olunacaq məhbusların arasında əcnəbilər də var.
Bu da əlavə olunur ki, aministiya “dövlət təhlükəsizliyinə qarşı cinayət törətmiş şəxslərə” şamil edilməyəcək. Eynilə qatillər, narkotik maddə qaçaqmalçıları da azad olunmaycaqlar.
Papa Kubaya gələn həftə üçgünlük səfərə başlayır.
Bəzi məlumatlara görə ABŞ və Kuba arasında münasibətlərin yaxşılaşmasında müqəddəs atanın xüsusi rolu olub.
Onun ikitərəfli məxfi diplomatik danışıqları təşkil etdiyi xəbər verilir.