Roma papası Francis deyib ki, Avropa boyunca cihadçıların hücumları “dünyanın müharibədə olduğunu” göstərir.
Lakin o əlavə edib ki, bu müharibə dinlər arasında deyil, əksinə “maraqlar, pul və resurslar” üstündədir.
Roma papası bu bəyanatı Polşaya səfəri ərəfəsində, Fransada cihadçılar katolik keşişi qətlə yetirdikdən sonra səsləndirib.
Jacques Hamel ata Fransanın şimalındakı Sent-Etyen-du-Ruvrey kilsəsində səhər ibadəti zamanı öldürülüb.
Dünya sülhü uduzub
Ümumiyyətlə, isə ötən günlər və həftətlər ərzində Fransa və Almaniyada bir sıra zorakı hücumlar törədilib. Bunların əksəriyyətinin islamçılar tərəfindən həyata keçirildiyi düşünülür.
"Biz tez-tez müdafiəsizlik sözünü eşidirik, lakin əsl söz müharibədir – deyib müqəddəs ata, - Biz həqiqəti deməkdən qorxmamalıyıq. Dünya müharibədədir, çünki sülhü uduzub”.
"Mən müharibə deyəndə, din yox,maraqlar, pul, resurslar uğrunda müharibələri nəzərdə tuturam” – deyib Roma papası.
Bu bəyanatı səsləndirdikdən az sonra Roma papası katolik gənclərin festivalında iştirak etmək üçün Polşanın Krakov şəhərinə gəlib.
Bundan əvvəl Vatikan Polşa hökumətini miqrantlara sərt münasibətinə görə tənqid etmişdi.