Pashinyan: Danışıqlarda Dağlıq Qarabağı təmsil edə bilmərəm

Nikol Pashinian, Avrasiya iqtisadi birliyinin toplantısında. 25 yanvar,2019, Moskva.

Ermənistanın baş naziri Nikol Pashinyan bir daha bildirib ki, Qarabağ danışıqlarında yalnız Ermənistanı təmsil edir və Dağlıq Qarabağın adından danışıqlar apara bilməz.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, o bunu, yanvarın 25-də Avrasiya iqtisadi komissiyasının Moskvadakı baş qərargahında keçirdiyi brifinqdə deyib.

Pasinyan deyib ki, bunun sadə bir səbəbi var,onlar Ermənistandakı seçkidə iştirak etməyiblər, məni baş nazir seçməyiblər, ona görə də mən bu danışıqlarda Dağlıq Qarabağı təmsil edə bilmərəm.

Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşün detalları barədə suala gəldikdə isə Pashinyan deyib ki, həmin saatyarımlıq görüşdə elə bir ciddi müzakirə olmayıb. O qeyd edib ki, bundan qısa çəkən Astana görüşü daha əhatəli və daha vacib olub.

Nikol Maşinyan yanvarın 25-də Moskvada birgünlük səfərdə olub.

2019-cu ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə sədrliyi münasibətilə Avrasiya iqtisadi komissiyasının toplantısında çıxış edib.

Pashinyan səfər çərçivəsində rusiyalı həmkarı Dimitry Medvedevlə də görüşüb.

O həmçinin, Rusiyada yaşayan erməni biznesmenlərlə görüşüb.

Görüşdə əsasən Ermənistana sərmayyə qolyulması məsələsi müzakirə olunub.