Pashinyan:Orduda yemək "dəhşətddir",oğlum tez-tez nəsə istəyir

Nikol Pashinyan

Ermənistanın baş naziri Nikol Paşinyan orduda əsgər yeməyinin acınacaqlı vəziyyətdə olduğunu deyib.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, o bunu jurnalistlərə noyabrın 20-də Yerevanda keçiridiyi mətbuat konfransında deyib.

“Orduda yeməyin keyfiyyətindən narazıyam. Dəfələrlə hərbi hissələrdə olmuşam və dadmaq üçün əsgər yeməyi istəmişəm. Bu dəhşətdir. Hazırda bu bproblemə ciddi diqqət yetiririk, amma nəzərə almaq lazımdır ki, məsələ böyük olduğuna görə onu bir günə həll etmək mümkün deyil”.

Pashinyan daha sonra deyib ki, hazırda hərbi xidmətdə olan oğlu vaxtaşırı zəng edib, nəsə istəyir. Bu cür telefon zəngləri ümumi system üçün şokdur və ordudakı şəraiti əks etdirir”, Paşinyan vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Pashinyan:Orduda yemək dəhşətdir,oğlum həmişə zəng edib nəsə istəyir

Qeyd edək ki, Pashinyanın oğlu hazırda Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsində xidmət edir.

Pashinyan həmçinin qeyd edib ki, siyasi inqilabdan sonra hökumətin qarşısında duran əsas məsələ iqtisadi inqilabı gerçəkləşdirmək olacaq.

O, hesab edir ki, son yarım il ərzində hökumətin əldə etdiyi ən böyük nailiyyət, ölkədə monopoliyanın ləğv edilməsi və korrupsiya ilə mübarizə olub.

Ən böyük uğursuzluq isə dağ-mədən sahəsində yaranmış vəziyyətdir ki, bu investisiya ətrafında mənfi fon yaradır.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda vaxtındanəvvəl parlament seçkisi keçirilməlidir.

Pashinyanın başçılıq etdiyi “Mənim addımım” bloku digər qüvvələrin liderlərinin də iştirak edəcəkləri halda, seçkiqabağı teledebatlara qatılmağa hazır olduğunu bəyan edib.