Pashinyan: Suriya və İraqdan qaçan yaraqlılar bizim regiona gələ bilərlər

Nikol Pashinyan 8 may,2019

Ermənistanın baş naziri Nikol Pashinyan hesab edir ki, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası Suriya və İraqdan qaçan islamçıları bu regiona gətirə bilər.

AzadlıqRadiosu erməni xidmətinin mayın 17-də verdiyi məlumata görə, o bunu rusiyalı jurnalistlərlə görüşdə deyib.

“Görürsünüz İran ətrafında necə gərgin vəziyyət yaranıb və bu artmaqda davam edir. Suriyda çoxlu sayda radikal islamçı yaraqlı var və başa düşürlər ki, artıq onlara Suriya və İraqda yer yoxdur. Bizdə olan məlumata görə, onlar bu gün özlərinə yeni məkan axtarırlar.Əgər bizim regionda yeni gərginlik yaransa, bu onlar üçün yaxşı bəhanə olacaq”, deyə Pashinyan vurğulayıb.

Pashinyan hesab edir ki, məsələn: yaraqlılar Azərbaycana, ordan isə İran, Rusiya,Cənubi Qafqaz və Orta Asiyaya keçə bilərlər.

Pashinyan qeyd edib ki, Dağlıq Qarabağda yeni müharibə artıq “lokal” olmayacaq və ümid edir ki, bunu Rusiya, Azərbaycan və İran da başa düşür.

Nikol Pashinyan mayın sonlarında Avrasiya iqtisadi şürasının Qazaxıstanın paytaxtı Nursultanda keçiriləcək toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.