Patriarx Kirill müharibəni ‘gey-parad’la əlaqələndirdi

Vladimir Putin (solda) və Patriarx Kirill, arxiv fotosu

Bir müddət öncə Rus Pravoslav Kilsəsinin bir qrup din xadimi sülhə çağıran açıq məktub imzalayıb. Digər bir qurum isə Rusiya hakimiyyətinin rəsmi mövqeyini dəstəkləyir

Rusiya Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill Ukraynaya qarşı müharibəni dəstəkləyib. O, martın 6-də Xilaskar İsa məbədində çıxışı zamanı Rusiyanın Ukraynaya hücumuna birbaşa dəstək ifadə etməsə də, bu hücumu əsaslandırmağa çalışıb.

Patriarx deyib ki, “hərbi əməliyyatların başlanğıcı” olan indiki vəziyyət bəzi qüvvələrin səkkiz il ərzində Donbasda mövcud olanları məhv etmək cəhdiylə bağlıdır.

Ukraynanın şərqindəki rusiyapərəst separatçıların “DXR” və “LXR” adlı separatçı qurumlarını Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də tanıyıb. İki gün sonra isə Ukraynaya hücuma keçib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya malları Azərbaycanda ucuzlaşacaqmı?

Sadiqliyin sınağı?

Kirill “hazırda dünyada hakimiyyətə iddia edənlər”in təklif etdiyi “qondarma dəyərlər”in prinsipial şəkildə qəbul edilməməsindən, “gey-paradlar”dan danışıb. “Bir çoxları qarşısında gey-paradların keçirilməsi tələbinin qoyulması həmin o qüdrətli dünyaya sadiqliyin sınağı hesab edilir”, – patriarx deyib.

Onun sözlərinə görə, “bu gün həmin mövzu ətrafında real müharibə gedir”. O əlavə edib ki, pravoslavlar Donbasdakı qardaşları ilə “birlikdə olmaya bilməzlər”. O, sülh üçün dua etməyə çağırıb, amma Ukrayna deyil, Donbasın adını çəkib.

Sizin brauzer HTML5-i dəstəkləmir

NATO Ukraynanın 'uçuşsuz zona' müraciətini rədd edir

Bir müddət öncə Rus Pravoslav Kilsəsinin bir qrup din xadimi sülhə çağıran açıq məktub imzalayıb. Digər bir qurum isə Rusiya hakimiyyətinin rəsmi mövqeyini dəstəkləyir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə dünənki çıxışında yüzlərlə qurbanı, minlərlə iztirabı bağışlamayacaqlarını deyib. “Allah da əfv etməyəcək. Nə bu gün, nə sabah. Heç vaxt”, – o vurğulayıb.