2021-ci il üçün 3.2%-lik iqtisadi artım proqnozlaşdırılırdı
Bu il Ermənistan iqtisadiyyatında daha öncə proqnozlaşdırılan 3.2% deyil, 6%-lik artım gözlənir. Bunu ölkənin baş nazir əvəzi Nikol Paşinyan iyulun 1-də hökumətin iclasında deyib.
“2021-ci il üçün 3.2%-lik iqtisadi artım proqnozlaşdırılırdı. Amma məmnuniyyətlə bildirirəm ki, hazırda 6%-lik iqtisadi artım gözlənir... Bu göstəricilərlə yanaşı dövlət büdcəsinin gəlir hissəsini yetərincə uğurla yerinə yetiririk və birinci yarımildə plan artıqlaması ilə dolub”, – Paşinyan deyib.
Dövlət Gəlirləri üzrə Komitənin sədri Eduard Ovannisyan isə deyib ki, birinci yarımildə vergi yığımı gözlənən 683 milyard dram deyil, 750 milyard dramdan çox olub.
Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 20 iyun parlament seçkisinin qalibi olub.