Pekin G7-nin bəyanatını pisləyir

Sintzyanda uyğur qadın (ortada) bazara girmək üçün təhlükəsizlik yoxlamasından keçir

G7 liderləri yekun birgə kommunikedə Çini “özəlliklə Sintzyanda insan haqları və fundamental azadlıqlara, Honq Konqda hüquq və azadlıqlar, yüksək muxtariyyətə hörmət etməyə” çağırıb

Çinin Londondakı səfirliyi Böyük Yeddilik (G7) liderlərinin birgə bəyanatını pisləyib, ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb. G7 Çini Sintzyan və Honq Konqda insan haqlarını vəziyyətinə görə tənqid etmişdi. Pekin qrupu “siyasi manipulyasiya”da suçlayıb.

Çin Sintzyandakı siyasətinə görə beynəlxalq tənqidlə üzləşir. Birləşmiş Ştatlar bu vilayətdə uyğurlara və digər müsəlman azlıqlara qarşı “soyqırımı” törədildiyini deyir.

Buna da bax: Amnesty: ‘Çinin azlıqlar üçün yaratdığı çıxılmaz cəhənnəm’

G7 liderləri yekun birgə kommunikedə Çini “özəlliklə Sintzyanda insan haqları və fundamental azadlıqlara, Honq Konqda hüquq və azadlıqlar, yüksək muxtariyyətə hörmət etməyə” çağırıb.

Çinin səfirliyi isə iyunun 14-də verdiyi bəyanatda G7-bi “süni qarşıdurma və parçalanma yaratmaq əvəzinə beynəlxalq əməkdaşlığı təşviq etməyə” səsləyib. Bəyanatda G7 “yalan, şayiə və əsassız ittihamlar”da suçlanır.

Çinin tərkib hissəsi olan Honq Konq “bir ölkə, iki sistem” prinsipi ilə idarə olunur. Yəni, bu keçmiş Britaniya koloniyasının özünün hüquq sistemi, azad söz və mətbuat azadlığı daxil hüquqlar qorunur.

Honq Konqda çoxları, eləcə də insan haqları qrupları və Qərb demokratiyaları Pekini son illər həmin azadlıqları və muxtariyyəti məhdudlaşdırmaqda ittiham edirlər.