'40 il işlə, axırı da bu': Zərərli işlərə görə pensiya ödənişində niyə problem yaranır?

Sizin brauzer HTML5-i dəstəkləmir

40 illik iş stajı olan Əlizaman Bəbişov hazırda 420 manat əmək pensiyası alır. Güzəştli pensiya üçün müraciətindən sonra Dövlət Sosial Müdafiə Fondundan ona deyilib ki, çalışdığı vəzifə təhlükəli işlər siyahısında olmadığından bu pensiya ona düşmür.