Putinə ‘oğru’ və ‘saxtakar’ deyən pensiyaçıya cərimə

Samarada keçirilən müxalifət mitinqlərindən birində

Rusiyada Krasnodar diyarının Dinsk rayonun məhkəməsi 70 yaşlı pensiyaçı Anatoly Lileykini VKontakte sosial platformasında hakimiyyətə hörmətsizlik ifadə edən postuna görə 70 min rubl (1070 dollar) cərimə edib.

Bu məhkəmə hökmü ötən ilin sonlarında çıxarılsa da, onun barəsində xəbər mediaya yalnız indi məlum olub.

Məhkəmənin hökmündə deyilir ki, pensiyaçı Lileykin belə bir post yazıb:

"Vladimir Putin – dövlət canisidir. Ey oğru və hakimiyyət qəsbkarı Vladimir Putin! Rədd ol istefaya! Vladimir Putin Ella Pamfilova ilə cinayətkar sövdələşmədə seçki kampaniyasını saxtalaşdırmaqla Rusiya prezidenti vəzifəsini qəsb edib və ölkədə dövlət çevrilişi yolu ilə demokratik konstitusiya quruluşunu diktator rejiminə döndərib”.

Bu post hazırda VKontakte səhifəsindən silinib.

Buna da bax: Putin 'saxta xəbər' qanununu imzaladı

"Putinə hörmətsizlik maddəsi"

Aqora insan haqları qrupunun məlumatına görə Rusiyada “hakimiyyətə hörmətsizlik qanunu” qüvvəyə minəndən 150-dən çox cinayət işi açılıb.

Cərimə hökmlərinin 78 faizi konkret olaraq VKontakte saytında Putin barədə fikirlərə görə çıxarılıb.

Bu maddə ilə cərimə edilənlərin arasında Voloqda vilayətindən Yury Shadrin və novqorodlu Yury Kartyzhev də var.

Shadrin bir ildə artıq ikinci dəfədir ki, bu maddə ilə cərimələnir.

2010-cu ildə Lileykini bir mülki iş üzrə hökm çıxarmış hakimə qarşı “böhtan xarakterli məlumatların yayılmasına” görə mühakimə etmişdilər.

O vaxt pensiyaçı Rusiya CM-nin 298-ci maddəsinin 3-cü hissəsini (Hakimə böhtan atılması) pozmaqda ittiham olunurdu.

Shadrin həmin maddə üzrə cəzasını yaşayış məskəni rejimli koloniyada çəkməklə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.