Həftənin fotoları: 26 may - 2 iyun 2012-ci il
31 may, Hindistan, Yeni Dehli. Bu balaca yayın istisində sərinlənmək üçün özünü fontan altına atıb. (Reuters/Adnan Abidi)
Kabulda şərf satan oğlan müştərisini gözləyir. (AFP/Aref Karimi)
Mayın 31-də Dünya Roma Festivalı Çex Respublikasının paytaxtı Praqanın mərkəzində qeyd edilir. (Reuters/David W. Cerny)
Mayın 31-də - Beynəlxalq Uşaq Günündən bir gün əvvəl Əfqanıstanın paytaxtı Kabulda yol kənarında uşaqları ilə birlikdə dilənən ana. (RFE/RL/Sabawoon)
Əfqan gənc mayın 29-da Kabulda keçirilən regional kriket yarışını izləyir. (AFP/Aref Karimi)
ABŞ əsgəri Əfqanıstanın Qəndəhar əyalətində yoxlama-buraxılış məntəqəsi qurulacaq ərazinin partlayıcılarla təmizlənməsi zamanı.
Myanmarın demokratiya tələb edən lideri Aung San Suu Kyi mayın 30-da Taylanda səfəri zamanı iş dalınca bu ölkəyə getmiş həmvətənlilərini salamlayır. (Reuters/Sukree Sukplang)
Kosovonun şimalında etiraz aksiyası keçirən etnik serblərdən biri Almaniyadan olan sülhməramlılara yumruq silkələyir. (AFP)
Ukraynanın həbsdə olan keçmiş Baş naziri Yulia Tymoshenkonun portreti.. (Reuters/Gleb Garanich)
ABŞ prezidenti Barack Obama musiqiçi Bob Dylana "Azadlıq" Prezident Medalı təqdim edir. 29 may. (Reuters/Kevin Lamarque)
Mayın 30-da Qəndəharda ABŞ əsgərləri keşik çəkən ərazidə əfqan uşaq oynayır. (Reuters/Shamil Zhumatov)
Misirdə keçmiş prezident Housni Mubarak ömürlük azadlıqdan məhrum edildiyi məhkəmə iclasını qəfəsdə izləyir. 2 iyun.