Həftənin şəkilləri - 7-13 yanvar

Pakistanda Sufi Ganj Bakhish-ın ölümünün ildönümünü qeyd edən dərvişlər. (Foto - Mohsin Raza/Reuters)

İtaliyada içərisində 4000 nəfərdən çox adam olan səyahət gəmisi sualtı qayalara toxunub batdı. Hələlik indiyədək 3 nəfərin ö

Pakistanda dini məktəbdə Quran oxuyan oğlan. (Foto - Mohsin Raza/Reuters)

Hindistanda Qanq çayı yaxınlığındakı bataqlıq. Balaca oğlan yaxında keçirilən dini mərasimə gələnlərdən zəkat lamğa çalışır. (Foto - Rupak De Chowdhuri/Reuters)

Alyaska yaxınlığında ABŞ-ın Sahil Mühafizə xidmətinin buqzıran gəmisi ilə Rusiya tankeri bir-birinə yaxınlaşır. (Foto - ABŞ-ın Sahil Mühafizə Xidmətinin çəkdiyi şəkil AFP agentliyi vasitəsilə yayılıb.)

Əfqanıstanın paytaxtı Kabulda uşağını soyuqdan qorumağa çalışan kişi. (Foto - Ahmad Masood/Reuters)

Pekində Apple mağazasının qarşısına toplaşan aksiya iştirakçılarını izləyən polis əməkdaşı. Çinin paytaxtı Pekində iPhone 4S satan bir mağazanın qarşısında əhalinin toplaşması az qala kütləvi etiraz aksiyasına çevrilmişdi. (Foto

İranın paytaxtı Tehranda öldürülən nüvə enerjisi üzrə alim Mostafa Ahmadi Roshanın dəfn mərasimində ABŞ və onun prezidenti Barack Obama əleyhinə plakat qaldırılıb. (Foto - Morteza Nikoubazl/Reuters)

Moskvada Kreml yaxınlığında naməlum əsgərin abidəsinə keşik çəkən əsgər. (Foto - Kirill Kudryavtsev/AFP)