Həftənin şəkilləri - 26 noyabr - 2 dekabr
Noyabrın 29-da Tehranda Britaniya səfirliyinə hücum edənlərdən biri kraliça II Elizabeth-in şəklini çırır. (EPA/Abedin Taherkenareh)
Misirdə noyabrın 28-də keçirilmiş parlament seçkisində iştirak etmiş milyonlarla vətəndaşdan biri. (REUTERS/Ahmed Jadallah)
Ukraynda Donetsk şəhərində noyabrın 28-də keçirilən etiraz aksiyası. Əli yabalı aksiya iştirakçıları II Dünya müharibəsi, Əfqanıstan müharibəsi və Çernobl AES-in qəzasından sonra xilasetmə işlərinə qatılan adamların mad
Dekabrın 1-də andiçmə məraismində Qırğızıstan prezidenti Almazbek Atambaev dövlət bayrağını öpür.
Tatarıstanın paytaxtı Kazanda evsiz adamlar Vahid Rusiya Partiyasının seçki plakatı yaxınlığında keçiddə dincəlirlər. 30 noyabr. (REUTERS/Anton Golubev)
Noyabrın 28-də Almaniya və Avstriyadan olan sülhməramlı əsgərlər Jagnjenica kəndində etnik serblərlə qarşıdurmada. (REUTERS/Bojan Slavkovic)
Noyabrın 29-da Belorusun paytaxtı Minskdə etiraz aksiyasında tutulanlardan biri polis maşınında qələbə işarəsi verir. (REUTERS/Vasily Fedosenko)
Noyabrın 29-da İran polisi Tehranda Britaniya səfirliyinə soxulan aksiya iştirakçılarını oradan uzaqlaşdırır. (REUTERS/Stringer)
Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiyada noyabrın 27-də keçirilən prezident seçkisinin nəticələri ləğv edilib və namizədlərdən biri olan Alla Dzhioyevanın tərəfdarları küçədə isinmək üç
Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko-nun tərəfdarları onun saxlandığı həbsxananın qarşısında portretini qaldırıblar. (AFP PHoto/ Sergei Supinsky)
Əfqanıstanla sərhəddə nəqliyyatın hərəkəti iflic olub və bu pakistanlı yeniyetmə qocanı mənzil başına çatdımaq üçün yük arabasından istifadə edir. (REUTERS/Naseer Ahmed)
Noyabrın 28-də Bişkekdə 35 yaşlı Nurlan Alisherov maşını dişi ilə çəkib Ginnesin "Rekordlar" kitabına düşməyə çalışır. (REUTERS/Vladimir Pirogov)
Əfqanıstanda noyabrın 30-da evlərinə basqın edən naməlum adamlar bu qızların üzlərinə sulfat turşusu töküb. (REUTERS/ Whadat)
Sankt-Peterburqda hakim Vahid Rusiya Partiyasının seçki plakatı. (REUTERS/Alexander Demianchuk)
UEFA-nın könüllüləri futbol üzrə 2012-ci ilin Avropa Çempionatının püşkatmasından bir gün əvvəl - dekabrın 1-də Kiyevdə Sənət Mərkəzinin qarşısında. (AFP Photo/ Franck Fife)
Dekabrın 2-də Salvadorun tarixi mərkəzində oxuyan qadın. (AFP Photo/Yasuyoshi Chiba)