Türkiyə səfirliyi qarşısında aksiya

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda aksiya: «PKK terrorçularına lənət olsun»

-

Sentyabrın 9-da Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib.

Aksiya iştirakçılarının AzadlıqRadiosuna dediklərinə görə, məqsəd son zamanlar Türkiyədə PKK-nın həyata keçirdiyi terror aktlarını qınamaqdır.

Aksiyaçılar əvvəlcə Mustafa Kamal Atatürkün abidəsi önünə əklil qoyublar, daha sonra səfirliyin önünə doğru yürüş keçirilib.

Etirazçılar «Türkiyə-Azərbaycan!», «Terrora son!» kimi şüarlar səsləndiriblər.

Aksiyanın qətnaməsi oxunaraq səfirliyin əməkdaşlarına təqdim olunub.

Aksiya polis müdaxiləsi olmadan baş tutub.