Azərbaycanda 9 şəhər dəyişəcək

Gəncə

Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən, 2005-ci ildən indiyədək respublikada 42 şəhərin Baş Planı yenilənib.

AZƏRTAC-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bunu “Caspian European Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

Komitə sədrinin sözlərinə görə, 42 şəhərdən 7-nin Baş Planı artıq təsdiqlənib, qarşıdakı iki ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.

Komitədən verilən məlumata görə, Göyçay, Biləsuvar və Ağcabədi şəhərlərinin baş planı razılaşdırma mərhələsindədir və yaxın zamanda təsdiqlənməsi gözlənilir.