Poliqonda hərbi sursat partlayıb, xəsarət alan var

Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda bundan 6 il əvvəl də partlayış baş verdiyi açıqlanmışdı

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” məhdud məsuliyyətli cəmiyyətin (MMC) poliqonunda hərbi sursatın partladığı bildirilir.

Bu barədə bugün, iyunun 8-də Müdafiə Senayesi Nazirliyindən məlumat verilib.

Məlumata görə, sınaq zamanı 60 millimetrlik minaatan partlayıb: "Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati qorxusunun olmadığını bildiriblər".

Hələlik, hadisə ilə bağlı xəstəxana və xəsarət alan şəxsin yaxınları ilə danışmaq mümkün olmayıb.

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda bundan 6 il əvvəl də partlayış baş verdiyi açıqlanmışdı.

Həmin hadisədə 2 nəfər həlak olmuş, onlarca şəxs müxtəlif dərəcəli xəsarət almışdı.

Onda rəsmi qurumlar bildirmişdi ki, partlayışın zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif çaplı döyüş sursatlarının utilizasiyasına hazırlıq prosesində baş verdiyi müəyyən edilib.