Polşada hakim koalisiyada parçalanma

Mateuş Moravetski

İnkişaf naziri və baş nazirin müavini olmuş Yaroslav Qovinin vəzifədən çıxarılmasına onun “Razılaşma” partiyasının vergi islahatı və media qanununu dəstəkləməməsi olub

Avqustun 10-da Polşanın hakim millətçi koalisiyası parçalanıb. Baş nazir Mateuş Moravetski vergi siyasəti və media qanunuyla bağlı fikir ayrılıq üzündən koalisiya tərəfdaşının liderini vəzifədən kənarlaşdırıb.

Bu gün – avqustun 11-də isə parlament media qanunu layihəsini müzakirəyə və səsverməyə çıxarmalıdır. Layihədə qeyri-Avropa sahibkarlarının Polşa media şirkətlərində nəzarət payına yiyələnməsi yasaqlanır.

Tənqidçilərin fikrincə, layihənin hədəfi hökuməti tənqid edən, ABŞ-da mənzillənən “Discovery”yə məxsus TVN özəl televiziyasıdır.

Qanun media plüralizmi sarıdan narahatlıq yaradıb, Polşanın əsas müttəfiqi Birləşmiş Ştatlar ona qarşı çıxır.

İnkişaf naziri və baş nazirin müavini olmuş Yaroslav Qovinin vəzifədən çıxarılmasına onun “Razılaşma” partiyasının vergi islahatı və media qanununu dəstəkləməməsi olub. Hakim Qanun və Ədalət partiyası (PiS) bunu tələb edirdi.

“Mənim çıxarılmağım faktiki olaraq hakim koalisiyanın parçalanmasıdır”, – Qovin jurnalistlərə deyib.

Ancaq hökumətin iflası üçün parlamentdə ona etimad səsverməsi keçirilməlidir.