Pompeo:Moskva münasibətlərin düzəlməsində faydalı ola bilmədi

Mike Pompeo. ABŞ Dövlət katibi

“Prezident Donald Trump-ın Moskva ilə münasibətlər qurmaq cəhdlərinə baxmayaraq, Rusiya Ukrayna və Suriya məsələlərində faydalılığını göstərə bilmədi”. B Unu ABŞ dövlət katibi Mike Pompeo NBC kanalına müsahibəsində deyib.

“Prezident ikitərəfli münasibətləri dəyişməyə çalışdı, amma ən azı hələ ki, uğura nail ola bilməmişik”,dövlət katibi deyib.

O qeyd edib ki, ABŞ-la Rusiyanın bir sıra məsələlərdə maraqları üst-üstə düşsə də bu ölkələrin dəyərləri tamamilə fərqlidir.

Qeyd edək ki, ABŞ Dövlət departamenti bu bəyanatdan bir neçə gün əvvəl 33 rusiyalı fiziki və hüquq şəxsi sanksiyalar siyahısına əlavə edib.

Yeniqara siyahıya” Rusiyanın xüsusi xidmətləri ilə bağlı olan bir sıra yeni şəxslərin adları salınıb.

ABŞ bundan başqa Rusiyadan Su-35 təyyarələri və S-400 zenit-raket kompleksləri aldığına görə, Çinə qarşı sanksiya tətbiq edib.

Buna da bax: ABŞ sanksiyaları Moskvayla Çini qəzəbləndirib.

Qeyd edək ki, ABŞ Krımn Rusiya tərəfdən ilhaqı, Ukraynanın şərqindəki silahlı münaqişə, Suriya münaqişəsi və Moskvanın 2016-cı ildə ABŞ-da keçirilən son prezident seçkisinə mümkün müdaxiləsinə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin Avropa Birliyi və bir sıra müttəfiq ölkələr eyni səbəbdən Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.