►“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə aparılan danışıqlar prosesində mövqeyini gücləndirir”.
Bu fikirləri dövlət başçısı İlham Əliyev mayın 9-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda ifadə edib.
Bu haqda President. az xəbər verir.
Ölkə başçısı deyib ki, ötən ayın əvvəlində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə qarşı uğurlu əks-hücum əməliyyatı keçirib. Bu əməliyyat nəticəsində bəzi ərazilər işğaldan azad edilib.
Dağlıq Qarabağ probleminin yaranma səbəblərindən danışan İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu söyləyib.
Ölkə başçısı deyib ki, Heydər Əliyev müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.
Prezident vurğulayıb ki, hazırda hökumətin qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb, sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb. Sülh danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır.
Buna da bax: Moskvada hərbi parad
Sizin brauzer HTML5-i dəstəkləmir